Gürcüstanda xəsarət alan azyaşlı azərbaycanlının vəziyyəti ağırdır

2 İyul 2019 00:02 (UTC+04:00)

Bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.

Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: “Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.

Qeyd edək ki, 3 yaşlı körpəyə anası ehtiyatsızlıqdan qayçı ilə xəsarət yetirib. Digər məlumatlara görə, körpə ananın istifadə etdiyi qayçını götürüb. Qayçı ilə oynayan zaman onun ayağı büdrəyərək yıxılıb və kəsici alət körpənin sinəsinə batıb. (Report)