Rusiya təyyarələrinin Çexiyaya uçuşu qadağan edildi

2 İyul 2019 12:55 (UTC+04:00)

Rəsmi Praqa Rusiyanın “Ural Airlines” və “Aeroflot” aviaşirkətlərinin bu ölkənin hava limanlarına uçuşunu qadağan edib.

“İnterfaks” xəbər verir ki, buna səbəb kimi Çexiya milli daşıyıcısının Trans-Sibir nəqliyyatının şərtlərindən narazı qalması göstərilir.

Təyyarələrin Çexiyaya uçuşları bu gündən qeyri-müəyyən müddətə təxirə salınıb.(qafqazinfo.az)

AzNews.az