Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılır

2 İyul 2019 13:55 (UTC+04:00)

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılacaq.

Yeni 10 larilik əskinasları oktyabrın 1-dən dövriyyədə görmək mümkün olacaq.

Milli Bankdan bildirilib ki, yenilənmiş banknotun üzərində Gürcüstanın mədəni-tarixi və ənənəvi dəyərlərini əks olunub.

Valyutanın üzərində gürcü rəssam David Kakabadze və "İmereti-mənim anam" əsəri təsvir edilib.(apa.az)

AzNews.az