“Biqeyrətliyi ilə…”- üç uşağının anasından partiya sədrinə ağır ittihamlar (ŞOK SƏNƏD)

2 İyul 2019 14:57 (UTC+04:00)

“Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir”- bu, onun keçmiş həyat yoldaşı Mirzəyeva Samirə Kərim qızının AMİP lideri Etibar Məmmədova bir neçə il öncə ünvanladığı müraciətdə əksini tapıb.

AzNews.az portalı həmin müraciətin surətini əldə edib. Mətndə adı çəkilən üçüncü və dördüncü şəxslərin adlarını, o cümlədən bəzi kəskin ifadələri təqdim etməmək üçün həmin müraciəti tam təqdim etmirik.

Müraciətdən bəlli olur ki, o zamanlar AMİP rəhbərliyində təmsil olunan Əli Əliyev üç uşağının anası olan həyat yoldaşından saxta sənədlər əsasında gizlicə ayrılıb:

“Qonşunun evini yıxıb, arvadını əlindən alıb, onun övladlarını anasız, öz övladlarını isə atasız qoyub”

Etik səbəblərdən bu barədə məktubda yazılanlar üzərində daha dayanmadan qeyd edək ki, müraciətdə keçmiş xanımı Əli Əliyevin siyasi iddialarına da toxunub:

“İndi həmin Əli Əliyev AMİP sədri- millət vəkili olmaq iddiasına düşüb. Seçki platformasında yazıb ki, bir oğlum var, bir qızım. Faktiki olaraq birgə nikahdan 3 oğlan uşağımız var. (...) Uşaqlarının üzünü görməyən, maddi cəhətdən kömək etməyən ata hələ də millət vəkili olmaq istəyir. Əli Əliyev öz uşaqlarına vəkillik eləmir, Azərbaycan xalqına necə vəkillik edə bilər? Əxlaqsız, vicdansız siyasətçi!..”

“Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir”- deyə sözlərinə davam edən məktub müəllifi AMİP lideri Etibar Məmmədovdan Əli Əliyevin partiya sıralarından xaric olunmasını xahiş edir:

“Xahiş edirəm bu məktubu oxuyub Əlinin vicdansız hərəkətlərinə düzgün qiymət verəsiniz. Və onun partiya sıralarından xaric olunması üçün müəyyən addımlar atasınız.

Hörmətli Etibar bəy, bir ana kimi bunu sizdən xahiş edirəm”.

AzNews.az