Əlcəzair parlamentinin sədri istefa verdi

2 İyul 2019 15:17 (UTC+04:00)

Əlcəzair Milli Məclisinin (Parlament) sədri Muad Buşareb istefa verib.

Yaxın 15 gün ərzində parlamentə Abdarrazak Tariş rəhbərlik edəcək.

M.Buşarebin istefasının səbəbləri isə açıqlanmır.

Qeyd edək ki, aprelin 2-də Əlcəzair Prezidenti Əbdüləziz Buteflik ölkədə baş verən etiraz mitinqləri fonunda istefa vermişdi.(trend.az)

AzNews.az