“Eurovision 2013“də Azərbaycan ilk onluqda

7 May 2013 09:32 (UTC+04:00)
Dünyanın nüfuzlu bukmeker şirkəti "Eurovision-2013" müsabiqəsində qalibiyyət şansı böyük olan ölkələrin əmsallarını yeniləyib.

APA-nın məlumatına görə, dünyanın ən böyük bukmeker şirkəti sayılan "Uilyam Hill" kontoru (willhill.com) Azərbaycanı ilk onluğa daxil edib. Azərbaycanın qalib gəlmə şansı 25/1 olaraq qiymətləndirilib.

Siyahıda Azərbaycandan qabaq Danimarka, Ukrayna, Norveç, Rusiya, Hollandiya, İtaliya, Almaniya, Gürcüstan, İsveç yer alıb. Ermənistan isə 25-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın təmsil edəcək Fərid Məmmədov mayın 16-da keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək.

AzNews.az