İrkutskda daşqın qurbanlarının sayı 18 nəfərə çatdı

2 İyul 2019 16:50 (UTC+04:00)

Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

TASS informasiya agentliyi xəbər verir ki, regionun başçısı Sergey Levçenko bu məlumatı özünün rəsmi Instagram səhifəsində yerləşdirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən agentliyə verilən məlumata görə, daha 17 nəfər itkin düşmüş sayılır.

Vilayətdə daşqınlara şiddətli yağışlar səbəb olub. Fəlakət zonası onlarla yaşayış məntəqəsini əhatə edib, 6,7 mindən çox yaşayış binasını su basıb. Altı rayonda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Rusiya Prezidenti Vladimir Putin ötən şənbə günü daşqın zonasına baş çəkib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verib.(AZƏRTAC)

AzNews.az