Pompeo haqqında şok iddia: “İtini gəzdirmək üçün…”

2 İyul 2019 17:03 (UTC+04:00)

ABŞ Konqresi Dövlət katibi Mayk Pompeonun öz mühafizəçilərinə şəxsi işlərini gördürdüyü iddiasını araşdırır.

Bu barədə CNN məlumat yayıb.

Mənbənin məlumatına görə, dövlət katibi vəzifəsindən sui-istifadə edərək, mühafizəçilərini şəxsi işlərini görməyə məcbur edir.

Bildirilib ki, Mayk Pompeo tez-tez xüsusilə Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Çin restoranından yemək gətirmək təlimatı verir.

Əlavə olaraq, dövlət katibi xidmətin bir əməkdaşından itini gəzdirmək və salona aparıb-gətirmək üçün istifadə edir. Ən maraqlısı isə budur ki, Pompeo buna görə həmin şəxslərə əlavə məvacib vermir, onların maaşları büdcədən ödənilir.(teleqraf.com)

AzNews.az