Myanmada 21 nəfər “donuz qripi”ndən öldü

2 İyul 2019 17:32 (UTC+04:00)

Myanmada son iki həftədə 4-ü uşaq olmaqla 21 nəfər "donuz qripi"ndən həyatını itirib.

“Anadolu Agentliyi” xəbər verir ki, bu barədə Myanma Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həyatını itirən şəxslərdən 18-i Yanqon bölgəsindəndir. "Donuz qripi"ndən ilk ölüm halı iyunun 19-da qeydə alınıb.

Yanqon, Saqainq və Ayeyavadi bölgələrində 340 pasiyentdən 99-da "donuz qripi" aşkarlanıb. Səhiyyə Nazirliyi mövsümi qızdırması olan şəxsləri ictimai yerlərdən uzaq durmağa səsləyib.(apa.az)

AzNews.az