Tbilisidəki etiraz aksiyalarının təşkilatçısı ölümlə hədələndi

2 İyul 2019 17:56 (UTC+04:00)

Son günlər Tbilisidə keçirilən etiraz aksiyalarının təşkilatçılarından olan Giqa Makaraşvili ölümlə hədələnib.

Bu barədə ictimai fəal özü məlumat yayıb.

O, tanımadığı şəxslərdən ölümlə hədələndiyi mesajlar aldığını bildirib.

G.Makaraşvili təhdidləri fəaliyyəti ilə əlaqələndirib.

İctimai fəal polis bölməsində olub. Gürcüstan Daxili İşlər Nazirliyi təhdidlərlə bağlı istintaqa başlayıb.(report.az)

AzNews.az