Türkiyədə daha 137 hərbçi eyni səbəbdən saxlanıldı

2 İyul 2019 19:52 (UTC+04:00)

Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Məlumata görə, həmin hərbçilər İzmir, Konya və Kocaelidə aparılan xüsusi əməliyyatlar çəçrivəsində saxlanılıb. Daha öncə aparılan araşdırma nəticəsində onların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur. (Trend)