Astarada avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

2 İyul 2019 20:14 (UTC+04:00)

Hadisə Ələt-Astara magistralının Astara rayonunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini, 1985-ci il təvəllüdlü Vüsalə Arif qızı Bəylərova "Hyundai" markalı avtomobildə idarəetməni itirərək maşını yol kənarındakı beton dirəyə çırpıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)