NATO-nun iki döyüş gəmisi Qara dənizə daxil olub

3 İyul 2019 00:01 (UTC+04:00)

Bu barədə məlumatı “Bosphorus Observer” monitorinq resursu xəbər yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın esminesi “HMS Duncan” və Kanadanın “Toronto HMCS” freqatı Dardanel boğazından keçərək Mərmərə dənizinə, oradan isə Qara dəniz akvatoriyasına daxil olublar.

Gəmilər Ukraynaya “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak etmək üçün gediblər.

Amerika və Ukrayna hərbçilərinin birgə təlimləri iyulun 12-dək davam edəcək. (Report)