Bakıda sərxoş sürücü maşını avtobusa çırpdı - FOTO

3 İyul 2019 09:19 (UTC+04:00)

Hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, Nargilə restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az