Oliver Stoun Tramp haqqında film çəkəcək

3 İyul 2019 12:16 (UTC+04:00)

Rejissor Oliver Stounun növbəti filmi ABŞ Prezidenti Donald Tramp haqqında ola bilər.

TASS xəbər verir ki, bu barədə O.Stoun Taorminada (Siciliya) keçirilən və münsiflər heyətinə başçılıq etdiyi film festivalında bildirib.

"Hamı məndən Tramp haqqında film çəkməyi xahiş edir, gec-tez bu, olacaq. Yəqin ki film 2008-ci ildə sabiq prezident Corc Buş haqqında çəkdiyim "Bush" (W.) kimi komediya janrında olacaq", - O.Stoun deyib.

Onun sözlərinə görə, son 30 ildə ABŞ-ın xarici siyasəti dəyişməyib.

Qeyd edək ki, O.Stun ABŞ-ın son illərdəki siyasətinin tənqidçisi kimi tanınır. O, Fidel Kastro, Uqo Çaves və Vladimir Putin haqqında sənədli filmlərin müəllifidir.(report.az)

AzNews.az