Rusiyada mobil telefon partladı - Uşaq öldü

3 İyul 2019 13:00 (UTC+04:00)

Rusiyanın Kurqan şəhərində mobil telefonun partlaması nəticəsində bir uşaq həlak olub.

Partlayış mobil qurğu yüklənərkən baş verib.

Uşaq aldığı xəsarətlər nəticəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az