Gürcüstanda bank yandı

3 İyul 2019 13:20 (UTC+04:00)

Gürcüstanın Kutaisi şəhərinin Müqəddəs Nino küçəsində yerləşən “Gürcüstan Bankı”nın ofisində yanğın baş verib.

Bankın əməkdaşları təxliyyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə üç yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.(report.az)

AzNews.az