Ruhani ABŞ və Avropa ölkələrinə müraciət etdi

3 İyul 2019 13:51 (UTC+04:00)

Bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

İran prezidenti ABŞ və Avropa ölkələrinə müraciət edərək, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra etməyə çağırıb: “Əgər siz bunu etməsəniz, biz 60 gün bitdikdən sonra növbəti addımlarımızı atacağıq”.

H. Ruhani bildirib ki, iyulun 7-dən Ərak reaktoru ilə bağlı bütün öhdəliklər proqrama uyğun həyata keçirilməsə, İran reaktorun fəaliyyətini əvvəlki şəraitə qaytaracaq.

“Biz İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına o vaxt sadiq qalacayıq ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirsin”, - H. Ruhani qeyd edib.(apa.az)

AzNews.az