İraqın neft gəlirləri 1 milyard dollar azaldı

3 İyul 2019 14:17 (UTC+04:00)

İraqın Neft Nazirliyi xəbər verir ki, iyunda ölkənin neft ixracı əvvəlki aya nisbətən 6 milyon barrel azalaraq 105 milyon barrel olub.

İyunda İraq neft ixracından 6 milyard 397 milyon dollar gəlir əldə edib. Mayda isə bu göstərici 7 milyard 329 milyon dollar idi.

İxrac gəlirlərinin düşməsi satışların azalması və neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır.

İraq iyunda bir barrel xam neftini beynəlxalq bazarda orta hesabla 60 dollara satıb. Mayda isə İraq nefti 66 dollar/barreldən neft alıcı tapıb.(AZƏRTAC)

AzNews.az