Aynur Dadaşova xəyanətə görə həyat yoldaşından boşandı

3 İyul 2019 14:43 (UTC+04:00)

Tanınmış müğənni Aynur Dadaşova həyat yoldaşından boşanıb.

O, AzNews.az-a açıqlamasında yayılan məlumatı təsdiqləyib: “Xəyanəti bağışlamaq olur? Xeyr. Xanım üçün ən pis zərbə xəyanətdir. Əgər bir insan başqasını seçirsə, nə etmək olar? İnsan bir-iki dəfə bağışlayar. Nə olsun ki, qadınıq. Qadın ayaq altına atılmamalıdır. Heç bir qadın əzilmək istəməz. Qadını güclü də, zəif də edən kişidir. Pis qadın yoxdur. Çox şükür bu günə qədər heç bir səhv etmədim. İnsan öz ayaqlarının üzərində durmağı bacarmalıdır. Rəsmi olaraq iki ildir ki, ayrılmışam. Amma övladlarımın atasıdır deyə münasibətimiz yaxşıdır.

Məhkəmə də olub. Bu haqda heç yerdə məlumat vermədim. Çünki şəxsi həyatımla gündəmdə qalmağı sevmirəm. Mənim övladlarım var”.

Rəqsanə

AzNews.az