Bu avtomobil nömrəsi 306 min dollara satıldı

3 İyul 2019 16:43 (UTC+04:00)

İngiltərədə “AJ1” unikal avtomobil nömrə nişanı hərracda 306,6 min dollara satılıb.

Bu nömrə nişanı ilk dəfə 1907-ci ildə polis əməkdaşı, mayor Robert Bouerin avtomobilində peyda olub.

Bu, İngiltərədə hərraclarda satılmış üçüncü ən bahalı avtomobil nömrəsi olub.

Bir neçə il əvvəl “SW1” və “1SW” nömrələri 378,5 min dollara, 2014-cü ildə isə “25 0” nömrəsi 653,6 min dollara satılmışdı.(trend.az)

AzNews.az