Rusiya Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxdı

3 İyul 2019 17:08 (UTC+04:00)

Rusiya rəsmi olaraq Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxıb.

Bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.

Rusiya prezidenti bildirib ki, ABŞ-ın bu müqavilədən çıxması fonunda sürətlə silahlanmaya cəlb olunmaqdan çəkinəcək.

Xatırladaq ki, bu ilin mayında Rusiya Duması Yaxın və Ortamənzilli Raketlərin ləğvi Müqaviləsinin dayandırılması ilə bağlı qanun qəbul edib.(report.az)

AzNews.az