Azərbaycanlı dizaynerin əlbisəsini geyinən dünya ulduzu lağa qoyuldu

3 İyul 2019 17:54 (UTC+04:00)

Dünya ulduzu Lil Kim azərbaycanlı məşhur dizayner Rüfət İsmayılovun əlbisəsinə görə lağa qoyulub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Best Awards 2019” mükafatlandırma mərasiminə Rüfət İsmayılovun əlbisəsini geyinib.

Dizayner ulduza “Bu əlbisə sizin bədən quruluşunuza uyğun deyil” desə də Kim israr edib.

Rüfət İsmayılov isə “2018-ci ildə dəfilədə Çağla Şikel bu paltarda podiuma çıxdı, Kim də bu əlbisəni Çağlanın podium fotolarından bəyənib. Bu əlbisə üçün uzun boya sahib olması lazım idi. Kimin səhv seçiminə görə mən də ən təhqiramiz qadını təmsil etdim" deyə münasibət bildirib.

Rəqsanə

AzNews.az