“Atletiko”dan rəsmi transfer

3 İyul 2019 17:49 (UTC+04:00)

Madrid təmsilçisi “Portu”dan Felipeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

“Atletiko” Felipe üçün “Portu”ya 20 milyon avro təzminat ödəyəcək.(qafqazinfo.az)

AzNews.az