Gəncədə polis ehtiyatsızlıqdan güllə yarası alıb

3 İyul 2019 19:36 (UTC+04:00)

Güllə yarası almış şəxsin Gəncə Şəhər Baş Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin inspektoru, polis baş leytenantı, 36 yaşlı Vüqar Hüseynov olması müəyyənləşib.

Bildirilir ki, polis əməkdaşı odlu silahla ehtiyatsız davranıb, bu zaman qarın boşluğundan güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb. (APA)