Putin 3 generalı işdən qovdu

3 İyul 2019 20:39 (UTC+04:00)

Prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb. (Trend)