Bakıda 26 yaşlı gənc bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

3 İyul 2019 23:40 (UTC+04:00)

Hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Ələsgər oğlu Əliyar Əliyev küçəsində bıçaqlanıb. Yaralı taksi vasitəsilə 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır. (APA)