Bakıda sürücü yeniyetməni avtomobillə vuraraq qaçıb

3 İyul 2019 23:59 (UTC+04:00)

Hadisə Mərdəkan qəsəbəsində baş verib. "Mercedes" markalı minik avtomobili piyada, 2005-ci il təvəllüdlü Novruzov Ağaismayıl Əli oğlunu vurub. Sürücü qəzadan sonra hadisə yerindən yayınıb.

Yaralı dərhal ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Ona bədənin çoxsaylı sıyrılmış-əzilmiş yaraları, bədənin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)