Hondurasda gəmi qəzası - 26 nəfər öldü

4 İyul 2019 09:00 (UTC+04:00)

Hondurasda gəminin qəzaya uğraması nəticəsində ən azı 26 nəfər həlak olub.

Bu barədə "Televicentro" kanalı xəbər verib.

İlkin məlumata görə, "Kapitan Uolli" balıqçılıq gəmisindən 47 nəfər xilas etmək mümkün olub.

Qəzaya səbəb güclü külək və hadisə yerində müşayiət olunan yüksək dəniz dalğaları ola bilər.(trend.az)

AzNews.az