Pişik sahibini belə xilas etdi - VİDEO

4 İyul 2019 09:10 (UTC+04:00)

Pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb.

Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.

Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəinki ev sahibinin, hətta uşaqların da həyatını xilas etmiş olub.(report.az)

AzNews.az