İraqda 8 terrorçu məhv edildi

4 İyul 2019 09:18 (UTC+04:00)

Təhlükəsizlik qüvvələrinin əməliyyatı və beynəlxalq koalisiyanın hava hücumları zamanı İraqın qərbində ən azı səkkiz silahlı zərərsizləşdirilib.

Əl-Cəzirə əməliyyatlar qərargahı komandanlığının tərkibində olan "Həşd Hədis" briqadasının qüvvələri dörd terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitəsini məhv edib.

Həmçinin bildirilir ki, dörd terrorçu aviyasiyanın hava zərbəsi nəticəsində zərərsizləşdirilib.(trend.az)

AzNews.az