Sabirabadda çoban intihar etdi

4 İyul 2019 09:39 (UTC+04:00)

Sabirabad rayonunda çoban işləyən şəxs intihar edib.

Hadisə rayonun Qalağayın kənd ərazisində qeydə alınıb.

Belə ki, yataqların birində çoban işləyən 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədov özünü heyvanların saxlanıldığı tövlədə asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

İntihar hadisəsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az