Gəncədə avtobus iki yaşlı uşağın ayaqlarının üzərindən keçdi

4 İyul 2019 10:25 (UTC+04:00)

Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az