Buffon “Yuventus”a döndü

4 İyul 2019 11:45 (UTC+04:00)

Fransanın PSJ klubundan ayrılan Canluici Buffon İtaliya təmsilçisi “Yuventus”a qayıdıb.

41 yaşlı qolkiper tibbi baxışdan keçmək üçün Turinə gəlib. Daha öncə Buffonun “Yuventus”la 1 illik müqavilə bağlayacağı və bu müddətdə 1,5 milyon avro qazanacağı bildirilirdi.

Qeyd edək ki, Buffon 2001-2018-ci illərdə “Yuventus”da çıxış edib.(report.az)

AzNews.az