Bərdə sakini həmyerlisini bıçaqladı

4 İyul 2019 12:27 (UTC+04:00)

Bərdə rayon sakini həmyerlisini bıçaqlayıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Elnur Mikayılov həmyerlisi Anar Qurbanovu bıçaqlayıb. Yaralı bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az