ABŞ təyyarəsi Suriya səmasında radarlardan itdi

4 İyul 2019 15:10 (UTC+04:00)

Suriya hava məkanına yaxınlaşan Amerika təyyarəsi radarlardan itib.

Dünyada uçuşları izləyən ADDS-B-EXCHİNG saytına görə, ABŞ-a məxsus Boeing P-8 müşahidə təyyarəsi Aralıq dənizi üzərindən Suriya hava məkanına yaxınlaşıb.

Təyyarə Suriya hava məkanına 16 kilometr qaldıqda radarlardan yoxa çıxıb.

P-8 saat yarımdan sonra yenidən radarlardan görünüb.(teleqraf.com)

AzNews.az