Tatarıstanda çoban süd sisternində boğuldu

4 İyul 2019 16:44 (UTC+04:00)

Tatarıstanda fermaların birində çoban süd sisternində boğulub.

Həmin şəxs süd içmək istəyərkən 2 metr dərinlikdəki süd saxlama və soyutma sisterninə düşüb.

Sisterndə südün temperaturu 2 dərəcəyə yaxın olub.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.(trend.az)

AzNews.az