Rusiyalı müğənni Lolita Milyavskaya həyat yoldaşı, tennisçi Dmitri İvanovdan ayrılıb.

AzNews.az xəbər verir ki, bu barədə o, İnstagramda məlumat yayıb.
Lolita qeyd edib ki, qərar ər-arvadın uzun müddət bir-birinə biganə qaldığına görə verilib.
"Mənim doqquz il gənc ərim olub. Ona ən yaxşısını səmimiyyətlə arzulayıram" - deyə yazıb.
![]()
Lolita bir həftə ərzində ayrıldığından narahat olduğunu vurğulayıb, sonra isə buna öyrəşib. O, yaxın zamanlarda özünə yeni bir macəra axtarmaq niyyətində olmadığını söyləyib.

"Tək yaşayacağam, ailəmdən və işdən zövq alacağam", - deyə müğənni bildirib.
44 yaşlı Dmitri İvanov 55 yaşlı Lolitanın beşinci həyat yoldaşıdır. Onlar 2010-cu ilin martında evləniblər.

Babək Göyüş
AzNews.az