Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, elm və ədəbiyyat adamları, millət vəkilləri, media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.
Daha sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Elman Nəsirov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, millət vəkili Nizami Cəfərov, filologiya üzrə fəslsəfə doktoru Elnarə Qaragözova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, yazıçı Elçin Hüseynbəyli kitab haqqında çıxış ediblər.