İran tankerin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

4 İyul 2019 20:20 (UTC+04:00)

İran XİN-in sözçüsü Abbas Musəvi Böyük Britaniya hərbi gəmiləri tərəfindən İran tankerinin “qanunsuz saxlanılması” ilə bağlı səfirin XİN-ə dəvət olunduğunu bildirib.

Bundan əvvəl Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökumətinin Suriyaya xam neft daşıyan “Grace 1” tankerini saxladığı açıqlanmışdı.

Tankerin ABŞ hökumətinin xahişilə saxlanıldığı qeyd olunur. (Report)