Bakıda kirayə yaşayan tələbə qız itkin düşdü

4 İyul 2019 20:51 (UTC+04:00)

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.

Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə yaşayan, 2 saylı Tibb Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Cəlilova Arzu Hikmət qızı iyulun 1-də axşam saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)