Bazara mərmi düşdü - 6 nəfər öldü

5 İyul 2019 10:57 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Fəryab vilayətində bazara minaatandan atılan mərmi düşməsi nəticəsində 6 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin güc strukturlarındakı mənbə bildirib.

Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd rayonlarının böyük hissəsini ələ keçirən və indi də böyük şəhərlərə hücuma keçən radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma yaşanır.

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri bütün ölkə üzrə terrorizmə qarşı mübarizə üzrə əməliyyatlar keçirir.(report.az)

AzNews.az