Mikayıl Cabbarov baş redaktora mükafat verdi-Foto

7 May 2013 12:20 (UTC+04:00)
Mayın 7-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması" mövzusunda konfrans keçirilib. "Park İNN" otelində baş tutan konfransda müxtəlif dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfir və diplomatlar iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərli çıxışında müvafiq tədbirlərin təxminən 2 ay ərzində keçirildiyini qeyd edib.
Konfransda Dövlət Komitəsi tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini futbol turniri və ağacəkmə aksiyasında fərqlənən dini icmalara mükafatlar təqdim edilib. Həmçinin, Dövlət Komitəsinin "Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" adlı məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Qeyd edilib ki, müsabiqəyə ümumilikdə 60-dək məqalə təqdim edilib.

Femida.az Hüquq İnformasiya Portalının baş redaktoru Pərvin Abbasovun "Düşmən kilsəsini qoruyan ölkə" adlı məqaləsi birinci yerə layiq görülüb. Pərvin Abbasova Dövlət Komitəsinin müvafiq diplom və mükafatını təhsil naziri Mikayıl Cabbarov təqdim edib.

AzNews.az