Prezident Xalq artistinə mənzil verdi

5 İyul 2019 11:31 (UTC+04:00)

Prezident İlham Əliyev teatr və kino aktyoru, Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.

Bu barədə M.Qasımov özü məlumat verib.

O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: "Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam".(report.az)

AzNews.az