Goranboyda 6 yaşlı uşağı maşın vurdu

5 İyul 2019 11:38 (UTC+04:00)

Goranboy rayonunda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Hazırəhmədli kənd ərazisində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan 2013-cü il təvəllüdlü piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az