“ABŞ Azərbaycanın verdiyi töhfəni dəstəkləyir”

5 İyul 2019 11:59 (UTC+04:00)

"Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni dəstəkləyirik".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer ADA Universitetində regional enerji təhlükəsizliyi ilə bağlı simpoziumda deyib.

Onun sözlərinə görə, Azərbaycan "Şərq-Qərb" istiqamətində Avropaya qaz tədarükündə Rusiyanın yeganə alternatividir.

"ABŞ həmçinin Cənub Qaz Dəhlizi layihəsini və ona qoşulan şirkətləri dəstəkləyir", - səfir bildirib.

Diplomat vurğulayıb ki, ABŞ Azərbaycanın müstəqillik əldə etdiyi gündən bəri iqtisadiyyat və siyasətin bütün sahələrində əməkdaşlıq edərək ölkənin müstəqilliyini, sabitliyini və rifahını həmişə dəstəkləyib: "Azərbaycan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amil kiber təhdidlərə qarşı mübarizədir. Azərbaycana bu məsələsini prioritet etməyi tövsiyə edirik. Cənub Qaz Dəhlizi Azərbaycana Avropanın bir çox ölkəsi ilə ikitərəfli münasibətlərin gücləndirilməsinə yardım edəcək".(report.az)

AzNews.az