Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi

5 İyul 2019 13:40 (UTC+04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda ənənəvi sürətli burgeryemə müsabiqəsi keçirilib.

Müsabiqənin qalibi Kaliforniya sakini Molli Skaler olub.

Müsabiqədə ard-arda beşinci dəfə qalib olan bu qadın 10 dəqiqə ərzində 32 burger yeyib və 1,5 min dollar mükafata sahib olub.

İkinci yeri 10 dəqiqəyə 24 burger yeyə bilən Den Kennedi, üçüncü yeri isə 20 burger göstərici ilə Endrü Pul tutub.

Onlar müvafiq olaraq 800 və 500 dollar mükafat alıblar.(trend.az)

AzNews.az