“O uşaq çıxıb danışıb ki...” - İlk Şəbnəm həmkarı və adaşı Tovuzluya söz atdı

5 İyul 2019 15:28 (UTC+04:00)

Müğənni Şəbnəm Tapdıq AzNews.az-a müsahibə verib.

Image result for şəbnəm tapdıq

- Şəbnəm xanım, adınızla bağlı Milli Televiziya və Radio Şurasına və Müəllif Hüquqları Agentliyinə müraciət etmisiniz. Adınızın patentləşdirilməsini istəyirsiniz.

- Adım çox qeyri-adidir. Bununla fəxr edirəm. Ən gözəl adları ziyalılar yaradıb. Bacımla, qardaşımın adı heç kimdə yoxdur. Amma mən məşhur olduğuma görə yayıldı. İlyas müəllim göz yaşlarımı şehə bənzədib və mənə Şəbnəm adını verib. Bu adın ağırlığı da var. İnsanlar məndən bu adı götürüblər və övladlarına qoyublar. Halal xoşları olsun. Musuqi aləmində birinci mənəm. Məndən əvvəl incəsənət aləmində Şəbnəm tanıyırsınız? Xeyr. Bizim ilk olmağımız tarixə düşüb. Kim istəyirsə götürüb, Şəbnəm adını qoya bilər. Amma mən “İlk Şəbnəm” kimi adımı patenləşdirirəm. Bunun kimə nə dəxli var? Bu söz-söhbəti niyə yaradıblar ki. Məktubu isə televiziyalara təqdim etməkdə məqsədim odur ki, məni “İlk Şəbnəm” kimi təqdim etsinlər.

- Sizin adınız Cəfər Cabbarlının “Mənsur və Sitarə” hekayəsində də mövcuddur...

- Poeziya aləmində ilk Şəbnəm mənəm.

- Lider TV-nin aparıcısı Şəbnəm Həsənovanı adına görə MTRŞ-a şikayət etmisiniz.

Image result for Şəbnəm Həsənova

- Şəbnəm Həsənova kimdir, tanımıram. Qarşılaşsam, belə tanımaram. Orada yanlışlıq var. Mən qeyd etdiyim kimi, kanala məktubu göndərməkdə məqsədim “İlk Şəbnəm” kimi tədqim olunmaqdır. Şəbnəm Tovuzluya gəlincə neçə ilin sənətçisiyəm. Mən geri deyil, irəli baxıram. O uşaq çıxıb danışıb ki, mən sizin adınızı daşıyıram, atam sizin pərəstişkarınız olub. Bununla da söhbət bitdi. Mənim nəyimə lazımdır. Səviyyəmi aşağı sala bilmərəm.

Image result for Şəbnəm Tovuzlu

- Şəbnəm Tovuzluya qarşı da hər hansı iddianız varmı?

- Sizin dediyiniz adamlar mənim konseptimdə deyil. Sənət yolumuz, səviyyəm başqadır. Dinlədiyim müğənnilər fərqlidir. Mən Müslüm Maqomayev, Alla Puqaçovanı dinləyirəm. Mənim arxaya baxmağa haqqım yoxdur. “İlk Şəbnəm Tapdığ”am vəssalam. Xoşları gəlib adımı qoyublar. Burada rezonans gətirəcək bir şey yoxdur.

Rəqsanə

AzNews.az