Mingəçevirdə evdən 7 minlik qızıl oğurlandı

5 İyul 2019 17:04 (UTC+04:00)

Mingəçevirdə mənzildən oğurluq olub.

Hadisə şəhərin Naxçıvan küçəsi 40 ünvanında baş verib.

Həmin ünvanında Kamil İsmayılova məxsus 71 saylı mənzilə daxil olan naməlum şəxs və ya şəxslər evdən 7 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az