Astarada sitrus ağacları kütləvi şəkildə quruyur

5 İyul 2019 18:49 (UTC+04:00)

Rayonun sitrus bağlarında ağacların quruması halı yaz aylarından müşahidə olunur. Təsərrüfatlarda əsasən naringi, kinkan ağacları zərər görüb. 15-20 kq bar verən ağacın məhsuldarlığı 10-15 kq aşağı düşüb.

Təsərrüfatçıların sözlərinə görə, ağac çiçək açan vaxt havaların əlverişsiz keçməsi belə bir vəziyyətin yaranmasına səbəb olub.

Məhsuldarlığın aşağı düşməsi, mövsüm vaxtı meyvələrin qiymətinə də təsirsiz ötüşməyəcək. (APA)